47-illik furqon 52 min manata satışa çıxarılıb - FOTO

 01:31 28.10.2019     438

Bu günlərdə "Avto.ru" saytında maraqlı bir elan dərc edilib - nadir tapılan "Москвич 434" furqonunu satışa çıxarılıb. Avtomobilin sahibi 47 yaşlı furqon üçün iki miyon rubl (52 min manat) istəyib.

Redaktor.az autograph.az-a istinadən bildirir ki, 1972-ci ildə istehsal edilmiş furqon cəmi 48 min kilometr yürüyüşə malikdir və onun yeganə sahibi olub. Furqon 75 at qüvvəsi hasil edən 1,5-litrlik M-142 benzin mühərriki və dördpilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib.  Avtomobilin sahibi satmazdan öncə onun tam bərpa prosesindən keçdiyini və yüksək qiymətin bununla əlaqədar qoyulduğunu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən