Zirzəmidən 40-dan çox cəsəd tapıldı - Mexikoda DƏHŞƏT

 19:14 31.10.2019     720

Meksika polisi paytaxt Mexikonun Tepito rayonunda tükürpərdən olayın üstünü açıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, narkokartellərdən birinin gizli zirzəmisindən 40-dan çox insana aid cəsəd qalıqları aşkarlanıb. Həmin rayonda keçirilən əməliyyat nəticəsində 31 narkokartel üzvü həbs edilib.

Məlumata görə, zirzəmidən cəsədlərlə yanaşı müxtəlif qədim Afrika dinlərinə aid totemlər də aşkarlanıb.

Rüfət Xəlil/ Redaktor.az