Stomatologiya tarixində xəstədən ən uzun diş çıxarıldı - REKORD

 01:15 02.11.2019     762

Almaniyanın Offenbax şəhərində yaşayan stomatoloq Maks Lukas Ginnesin Rekordlar kitabına düşə bilər.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, alman həkim pasiyenti olan Miyo Vodopiyodan dünyanın ən iri dişini çəkib. 

Məlumata görə, diş 3,7 sm uzunluqda olub. 

Diş ağrısı ilə həkimə gələn xəstənin dişinin rentgen çəkimində anomal uzunluqda diş aşkarlanıb. 

İri dişi özündə saxlayan həkim Lukas Ginnesin Rekordlar Kitabı komitəsinə müraciət edib. Yaxın günlərdə onun müraciətinə müsbət cavab veriləcəyi gözlənilir

Rüfət Xəlil / Redaktor.az