Kosmosa şərab GÖNDƏRİLDİ

 11:45 09.11.2019     731

“Space Cargo” şirkəti kosmosa 12 qab şərab göndərib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, məqsəd şərabın kosmosda hansı dəyişikliyə məruz qalacağını üzə çıxarmaqdır. Şərab 12 ay müddətində kosmosda saxlanılacaq. Məlumata görə, şərabların içilməsi nəzərdə tutulmur. Bildirilir ki, eyni növ şərabların Yerdə də müşahidəsi həyata keçiriləcək və nəticə müqayisə ediləcək.

Qeyd edək ki, bundan əvvəl kosmosa 2 qab pivə və 1 qab viski göndərilib.

Anar Türkeş / Redaktor.az