Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər

 17:00 07.11.2019     330

Dünya pop musiqisinin kralı Maykl Ceksonun “Ay yerişi”ni oynadığı məşhur corabları Gotta Have Rock and Roll auksionunda satıla bilər.

Redaktor.az-ın verdiyi xəbərə görə, auksionda corabların başlanğıc qiyməti 100 min dollar olsa da, hərracın təşkilatçıları qiymətin bir və ya iki milyon dollara qədər yüksələ biləcəyini düşünürlər.

M. Cekson 1984-cü ildə uğurla baş tutan “Victory Tour”dan sonra modelyer Bill Uittenin hazırladığı corabları təşəkkür məktubu ilə birlikdə meneceri Frenk Dileoya hədiyyə edib. Bundan başqa, lot siyahısına Dileonun şəxsi kolleksiyasından M. Ceksonla birlikdə çalışdığı illərdə topladığı 50 əşya daxildir.

M. Cekson həmin corablarda ilk dəfə 1983-cü ilin martında səhnəyə çıxaraq “Billie Jean” mahnısını ifa edib.

Elə həmin konsertdəcə o, özünün məşhur “Ay yerişi”ni təqdim edib. Bundan sonra ay yerişi dünyanın ən məşhur rəqs texnikalarından birinə çevrilib.

Auksion noyabrın 13-dən 22-dək keçiriləcək.//Apa.az