Elektrik enerjisini qardan da əldə etmək olar

 08:53 10.11.2019     1638

1960-cı illərdə alimlər qarın maraqlı bir xüsusiyyətə sahib olduğunu aşkar etmişdir. Qar müsbət yük daşıyıcısıdır. Mənfi yük daşıyan material ilə qarşılıqlı əlaqə qurarkən qardan enerji əldə etmək mümkündür.

Redaktor.az deyerler.org-a istinadən bildirir ki,  Los-Ancelesdə Kaliforniya Universitetinin tədqiqatçıları, bu xüsusiyyəti nəzərə alaraq qardan birbaşa elektrik enerjisi qəbul edə biləcək kiçik bir silikon sensorlu generatoru yaradıb. Cihaz "Snow TENG" (qar triboelektrik nanogenerator) adlanır. Adından göründüyü kimi, qurğu triboelektrik effektə görə (sürtünmə nəticəsində bir materialda elektrik yükünün görünməsi) işləyir. Bu cür qurğular, bədən hərəkətlərinin köməkliyi ilə, insan addımlarının döşəməyə təzyiq etməsilə enerji alan az gücə malik generatorların yaradılması üçün istifadə olunur.