ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı

 19:17 11.11.2019     5007

ABŞ  tədqiqatçıları Yaponiyanın sahillərində 75 il bundan əvvəl yoxa çıxmış sualtı qayıq aşkar edib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, ABŞ-a məxsus sualtı qayıq Okinava prefekturasının cənub-qərb istiqamətindən 435 metr məsafədə tapılıb.

Məlumata görə, “USS Grayback”adlı sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub.  

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən