"İnsan başlı" balıq görüldü - İNANILMAZ / VİDEO

 14:39 12.11.2019     10490

Sosial şəbəkələrdə yayılan insan sifətli balıq görənləri heyrətləndirir.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, sözügedən video Çinin Kunmin şəhəri yaxınlığında çəkilib. Videoda insan sifətli qəribə balığın çayda üzərək sahilə doğru yaxınlaşdığı görünür. 

Məlumata görə, video ilk olaraq Weibo  şəbəkəsində yayımlanıb. 

Bəzi istifadəçilər balığın karp kimilər fəsiləsinə aid olduğunu yazıb.

Rüfət Xəlil / Redaktor.az