Azərbaycan mətbəxi Fransada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

 02:16 12.11.2019     336

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək. 

Redaktor.az xəbər verir ki, Azərbaycan 15-17 noyabrda Parisdə "Grand Palais" də təşkil olunan "Festival du bien-manger"də  təmsil olunacaq.

Festival gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək. /report/