Əhalisinin əksər hissəsi bir şəhərdə yaşayan ölkələrin REYTİNQİ

 14:15 12.11.2019     662

Müasir dünyada əhalinin kənd yerlərini tərk edib, şəhərlərə köçməsi halları kəskin artıb. BMT-nin mütəxəssisləri dünyanın müxtəlif ölkələrində kənd və şəhər əhalisini qiymətləndirib, "BusinessInsider" portalı isə bu qiymətləndirmə əsasında reytinq tərtib edib.

Redaktor.az-ın sözügedən portala istinadən verdiyi məlumata görə, adətən bu cür ölkələrin ümumi əhalisi çoxluq təşkil etmir. Lakin elə ölkələrə də rast gəlmək olar ki, əhalisi 100 mln. nəfərdən  çoxdur.

Əhalisinin əksər hissəsi bir şəhərdə yaşayan ölkələrin reytinqi://Apa.az

#

 

Ölkə

Əhalinin ümumi sayı

Bir şəhərdə yaşayan əhalinin sayı

Bir şəhərdə yaşayan əhalinin sayı, %

 

Şəhər

1

Küveyt

4 207 000

3 052 000

72,5

Küveyt

2

Cibuti

974 000

569 000

58,4

Cibuti

3

Uruqvay

3 462 000

1 745 000

50,4

Montevideo

4

Monqolustan

3 225 000

1 553 000

48,2

Ulan-Bator

5

İsrail

8 519 000

4 097 000

48,1

Tel-Əviv

6

Paraqvay

7 045 000

3 279 000

46,5

Asunsion

7

Panama

4 246 000

1 822 000

42,9

Panama-Siti

8

Konqo

5 381 000

2 308 000

42,9

Brazzavil

9

Trinidad və Tobaqo

1 395 000

544 000

39,0

Port-of-Speyn

10

Qabon

2 173 000

824 000

37,9

Librevil