Paytaxtda "MANYAK" peyda oldu - Binalardan birinin blokuna.../VİDEO

 20:54 12.11.2019     2033

Rusiyanın paytaxtı Moskvada "kislota manyakı" peyda olub.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, naməlum orta yaşlı kişi paytaxtdakı binalardan birinin blokunun qapısına və pilləkənlərin məhəcərinə "kislota" töküb. 

Hadisə nəticəsində 63 yaşlı bina sakini qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Naməlum kişinin törətdiyi bu hadisə binada yerləşdirilən təhlükəsizlik kameralarına düşüb.

Hazırda Moskva polisi hər yerdə video görüntüdəki şəxsi axtarır.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən