Fransalı "Hörümçək adam" növbəti ağlasığmaz ADDIM ATDI
Məşhur fransalı "Hörümçək adam" Alen Rober növbəti ağlasığmaz dırmanışını həyata keçirib.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, 57 yaşlı yüksəkliyə dırmanma həvəskarı Parisin mərkəzində yerləşən 152 metrlik göydələnə dırmaşıb. Lakin Roberin sevinci çox çəkməyib. Bir neçə dəqiqədən sonra yerə enən adrenalin həvəskarını polis bölməsinə aparıblar. İzahatı alınan Rober bir neçə saatdan sonra sərbəst buraxılıb.
Rüfət Xəlil / Redaktor.az












