Adolf Hitlerin istixanası tapıldı

 20:18 14.11.2019     3115

Nasizmin banisi Adolf Hitlerə məxsus istixanalar aşkarlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, fürerin "Canavar yuvası" adlı istixanaları Polşa ərazisində tapılıb.

Daily Mail nəşrinin məlumatına görə, bu istixanalarda Hitler üçün meyvə və tərəvəz yetişdirilib. Tarixçilər bu cür istixanaların Polşa ərazisində çoxluq təşkil etdiyini bildirib.

Qeyd edək ki, Adolf Hitler uzun illər veqan həyat tərzi sürüb.

Rüfət Xəlil / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən