Uzun müddət telefona baxan qadın kor oldu - DƏHŞƏTLİ HADİSƏ

 02:15 16.11.2019     704
Çinin cənubundakı Quanqdonq əyalətində qəribə hadisə baş verib.   Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, orta yaşlı bir qadın telefona çox baxdığı üçün görmə qabiliyyətini itirib.      Məlumata görə, qadının gözündəki damarlardan biri hədsiz gərginlikdən partlayıb.  Qadın bütün gecə boyu telefona baxdığı üçün səhər oyanan zaman bir gözü görməyib.   Qadının görmə qabiliyyətini geri qaytarmaq üçün əməliyyat olunduğu bildirilir.   Rüfət Xəlil / Redaktor.az