ABŞ İrana qarşı: Üçüncü dünya müharibəsi - İlk döyüşün tarixi bəlli oldu
"İranlı Halk" ləqəbli məşhur bodibildinq usatası Səccad Qəribi MMA döyüşlərində iştirak edəcək.
Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, 27 yaşlı iranlı atlet bundan əvvəl qaydasız döyüş yarışlarında iştirak etməyib.
Bare Knuckle FC promouter şirkətinin rəhbəri Devid Feldman Qəribinin 2020-ci ilin əvvəlində rinqə çıxacağını bildirib.
Təşkilatçılar "İranlı Halk"ın qarşısına ABŞ-dan olan idmançı çıxarmağı planlaşdırır. Döyüşün dəqiq tarixi yaxın günlərdə elan olunacaq.
Rüfət Xəlil / Redaktor.az













