ŞOK: 20 metr qazdılar - GÖRÜN NƏ ÇIXDI / FOTOLAR

 12:00 23.11.2019     2761

Seneqalın cənubundakı Tomboronko kəndində yerli sakinlər qızıl axtarışına çıxıblar.

Redaktor.az xəbər verir ki, çox sayda insan dəmir alətlərlə həyata keçirdikləri bir neçə saatlıq qazıntı işlərindən sonra ərazidə qızıl tapmağa müvəffəq olublar. Bildirilir ki, onlar 20 metr qazdıqdan sonra zinət əşyalarına rast gəliblər. Qızılın ümumi dəyərinin bir neçə yüz min dollar civarında olduğu deyilir.

Qeyd edək ki, yeraltı sərvətlərlə zəngin Tomboronko kəndində yerli sakinlər axşamçağı qızıl axtarışına çıxırlar. Lakin onlar sadə alətlərlə 1 həftə ərzində cəmi bir quyu qazmağa müvəffəq olurlar. Orta hesabla hər 15-20 quyudan birində qızıl çıxır.

Anar Türkeş / Redaktor.az