Dünyanın ən böyük teleskopu fəaliyyətə BAŞLADI

 12:45 23.11.2019     8374

Çində dünyanın ən böyük teleskopu fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, Guico bölgəsində yerləşən teleskopun diametri 500 metrdir. “Tienyen” adlı cihaz Çin dilindən təcümədə “Göy üzü” mənasını verir. Məlumata görə, tikintisinə 2011-ci ildə başlanılan nəhəng stansiya ümumilikdə 180 milyon dollara başa gəlib. Teleskopun fəaliyyəti üçün ətrafda yaşayan 8 min insan başqa bölgələrə köçürülüb. Cihaz kosmosdakı hadisələri daha yaxından izləmək üçün ərsəyə gətirilib.

Qeyd edək ki, dünyanın ən böyük ikinci teleskopu Puerto-Rikoda yerləşir. Onun diametri 300 metrdir.

Anar Türkeş / Redaktor.az