Yupiterin peykində su buxarı AŞKAR EDİLDİ

 11:07 23.11.2019     302

Yupiterin peyki “Euopa”da su buxarı aşkar edilib.

Redaktor.az xəbər verir ki, su buxarı NASA alimlərinin araşdırması nəticəsində üzə çıxıb. Elm adamlarının sözlərinə görə, su buxarı peykin atmosferindədir. Onun saniyədə 2360 litr su əmələ gətirə biləcək miqdarda olduğu bildirilir.

Su buxarının “Euopa”dakı üzü buz təbəqəsi ilə örtülü qeyzer formasındakı boşluqdan çıxdığı güman edilir. Alimlərin sözlərinə görə, bu kəşf Yupiterdə maye halında su ola biləcəyi ümidlərini artırır.

Anar Türkeş / Redaktor.az