Lotoreyada külli miqdarda pul udan ər arvadını tərk etdi - FOTO

 07:19 21.11.2019     536

Taylandda qəribə hadisə baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 16 noyabr tarixində Portnida Çimnanvert və Vidjak Vannaprasit adlı ər-arvad lotoreya bileti udublar. Uduşun məbləği 6 milyon Tayland batı təşkil edib. Cek-potu udan cütlük qazancı bölmək üçün polis şöbəsində qeydiyyat aparıb. Qeydiyyata əsasən cütlük məbləği yarıbayarı bölməyə imza atıb.  Lakin səhəri gün ər Vidjak lotoreya bileti ilə arvadını tərk edərək naməlum istiqamətə gedib. Ərin bu hərəkətindən sonra qadın polisə müraciət edib. Yalnız üç il həbs cəzası təhlükəsi acgöz həyat yoldaşını evinə qayıtmağa məcbur edib.

Rüfət Xəlil / Redaktor.az