SSRİ kosmonavtları kimə güllə atırdı? - İLGİNC FAKTLAR

 15:48 24.11.2019     5374

SSRİ kosmonavtları uçuş zamanı kimə güllə atırdı?

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, hətta Yuri Qaqarinin kosmosa uçuş zamanı üzərində odlu silah olub.

Məlumata görə, ona Makarov tipli tapança SSRİ Baş Dizaynerlər Şurasının sədri Sergey Pavlov Korolyovun göstərişi ilə verilib.

Silah planlaşdırılmamış eniş zamanı təcili vəziyyət üçün nəzərdə tutulmuşdu.

Maraqlısı isə odur ki, sonradan Sovet kosmonavtları fəaliyyətləri dövründə heç olmasa bir dəfə xidməti silahlardan istifadə etmişdilər. Hətta 1971-ci ildə kosmik gəminin enişi zamanı faciəvi şəkildə həlak olan Vladislav Volkovun da üzərində Makarov olub.

SSRİ kosmonavtları əvvəlcədən planlaşdırılmayan yerə demək olar ki, nadir hallarda gedirdi. Onlar düşdükləri ərazidə sakinlərin, yaxud da vəhşi heyvanların hücumuna məruz qala bilərdilər. Məhz bu məqsədlə ekipaja silah lazım idi. Oxşar hal 1965-ci ildə baş vermişdi. Pavl Belyayev və Aleksey Leonovun olduğu ekipaj Cənubi Uralın tayqa meşələrində təcili enməli olmuşdu. Xilasedici qüvvələr onları 3 gün sonra tapmışdı. Onların sağ qalmasına məhz tapança kömək etmişdi.

Hadisədən sonra Aleksey Leonov rəhbərliyə kosmonavtlar üçün xüsusi silahın hazırlanmasını təklif edir. 3 silah növünün analizindən sonra üçlüləli tapança barəsində qərar verilir. Silah ekstremal hava şəraitində, hətta yanğın zamanı çox effektli olduğundan, 1986-cı ildə SSRİ Hərbi Hava Qüvvələrinin silah növlərinə daxil edilir.