Böyük Britaniyada ölkə tarixində ən böyük qızıl sikkə hazırlanıb

 21:12 25.11.2019     826

Böyük Britaniyada ölkə tarixinin ən böyük qızıl sikkəsi hazırlanıb.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, anoloji kolleksiyanı Kral Sikkə Evi (Royal Mint) təqdim edib.

Məlumata görə, sikkənin diametri 17,5 sm, çəkisi 5 kq və nominal dəyəri 5 min funt sterlinqdir.

Qızıl sikkənin üzərində Kraliça Viktoriyanın təsviri var. Sikkənin digər üzündə isə yanında şir aparan monarx təsvir edilib. 

Sikkə bir müddət əvvəl satılıb, qiyməti mətbuata açıqlanmayıb.

Rüfət Xəlil / Redaktor.az