Beş yaşlı uşaq 9-cu mərtəbədən yıxıldı - SAĞ QALDI

 21:38 25.11.2019     792

Rusiyanın paytaxtı Moskvada dəhşətli hadisə baş verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, şəhərin cənub-şərqindəki Podolsk rayonunda 5 yaşlı uşaq 9-cu mərtəbədən yıxılıb.

Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olub.

Məlumata görə, evdə tək olan uşaq eyvana çıxaraq aşağı yuvarlanıb.Körpənin valideynlərinə qarşı istintaq başladılıb.

Rüfət Xəlil / Redaktor.az