Uzun və həcmli kirpiklərə sahib olmağın yolları

 15:39 01.12.2019     2013

Hər kəsin kirpiyi fərqlidir. Lakin əksər insanın arzusudur ki, sıx və uzun kirpiyə sahib olsun.

Redaktor.az lent.az-a istinadən ideal kirpik əldə etməyin bəzi yollarını təqdim edir:

1. Tuş, kirpikləri daha qalın və uzun göstərmək üçün nəzərdə tutulan kosmetik vasitədir. Lakin düzgün tuş seçmək və istifadəsini düzgün bilmək şərtdir.

Məsələn, tuşu fırçaya çox götürmək və fırçanın ucu ilə kirpiyə həcm vermək lazımdır. Fırçanın ucu ilə kirpiyə həcm verilərsə, daha sıx və uzun görünəcək.

2. Fırçanı tez-tez tuşa salıb, çıxarmaq onun qurumasına səbəb olur. Buna görə də, öncə tuşu tərs çevirib fırçanın daha çox tuş çıxarmasına çalışmalıyıq.

3. Qıvrım kirpik daha uzun və qalın göründüyü üçün, qayçı kirpik qaldıranlardan istifadə etmək olar. Kirpiklərin daha yaxşı qıvrım olması üçün qayçı kirpik qaldıranı paltar qurudan maşında 10 dəqiqəyə qədər isidib sonra tətbiq etmək məsləhətdir.

4. Kirpikləri təbii olaraq uzatmaq və qalınlaşdırmaq üçün isə kirpik bəsləyici kremlərdən istifadə etmək olar. Kremlər və serumlar kirpik köklərinə qulluq edərək onları daha sağlam və canlı göstərəcək.