Türkiyədə "Qara cümə"nin statistikası açıqlanıb

29 noyabrda digər ölkələr kimi Türkiyə də "Qara cümə" (Black Friday) endirimlərinə qoşulan ölkələr sırasında yer aldı.
Araşdırmaya görə, keçən illə müqayisədə bu il endirimli məhsulların satışında 45% artım yaşanıb. Kampaniya müddəti çərçivəsində 2 milyon 265 min məhsul satılıb. Satışın əksəriyyəti 29 noyabr günü saat 00:00-00:01 aralığında baş tutub. Yəni, insanlar alacaqları məhsulu öncədən seçib, endirimə düşən kimi alıblar. Onların yaşları 22-34 arasında dəyişib. Digər ölkələrdə onlayn alış-verişdə kişilər aktivlik etdiyi halda, Türkiyədə bu il qadınlar daha aktiv olub. Son araşdırmaya görə, alıcıların 58%-nin qadın olduğu məlum olub.
Rüfət Xəlil / Redaktor.az