Bu dəniz heyvanının nəsli kəsilə bilər

Bioloqlar daha bir heyvanın nəslinin tezliklə kəsiləcəyini bildirib.
Redaktor.az-ın məlumatına görə, ABŞ sahillərində yaşayan Kaliforniya adi dəniz donuzlarının sayı 10 başadək azalıb.
Qeyd olunur ki, balinanın bu növünün sayı bir neçə il əvvəl 300-ə çatırdı.
Lakin brakonyerlik nəticəsində heyvanların sayı kəskin azalıb.
Yerli sakinlər bu heyvanları xarici görünüşünə görə "balaca inək" də adlandırır.