Dəhşətli festival BAŞLADI: Qan su yerinə axır - FOTOLAR

 12:15 07.12.2019     5447

Nepalda “Gadhimai” festivalı başlayıb.

Redaktor.az xəbər verir ki, qəssablar festivalın ilk günündə minlərlə heyvanı qurban kəsiblər. Hinduların bayramı olan “Gadhimai” “Dünyanın ən çox heyvan kəsilən festivalı” kimi tanınır. Bayram hər 5 ildən bir keçilir. 5 il əvvəl keçirilən festival zamanı 200 mindən çox ev heyvanı qurban edilmişdi.

Bayramda keçi, siçan, toyuq, donuz və digər heyvanlar qurban edilir. Hindular müqəddəs hesab etdiklərinə görə inəkləri qurban kəsmirlər. Festival iki gün davam edəcək. İnsanlar bayram zamanı məbədləri ziyarət edirlər.

Qeyd edək ki, “Gadhimai” hinduların güc tanrısıdır. Əfsanəyə görə, bir neçə əsr əvvəl “Gadhimai” məhkumun yuxusuna girərək, ondan məbəd tikməsini istəyib. Ardınca bu məbədin ətrafında qurbanlar kəsilib.

 Anar Türkeş / Redaktor.az