Zelenski "TİME" jurnalının üz qabığında - FOTO

 02:06 06.12.2019     655

Ukrayna prezidenti Vladimir Zelenski nüfuzlu "TİME" jurnalının üz qabığına düşüb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalın saytı məlumat verib.

Məlumata görə, jurnalın dekabr buraxılışında Ukrayna liderinə geniş məqalə həsr edilib.

Məqalə müəllifi Zelenskinin Rusiya ilə ABŞ arasında çətin siyasi situasiyada qaldığını qeyd edib.

Əlavə edək ki, Zelenski TİME jurnalına düşən ilk Ukrayna prezidentidir.

Rüfət Xəlil / Redaktor.az 

Vumart və Güvən reklamı Vumart Güvən