Konqo vətəndaşları ABŞ-ın aparıcı şirkətlərini məhkəməyə verib

 20:21 17.12.2019     1844

Konqoda yaşayan 14 ailə ABŞ-ın "Apple", "Google", "Dell", "Microsoft" və "Tesla" kimi aparıcı şirkətlərini məhkəməyə verib. 

Redaktor.az xəbər verir ki, buna səbəb həmin şirkətlərin aldığı kobaltın istehsalına cəlb olunmuş uşaqların ölməsi və xəsarət almasıdır. 

Zərərçəkmişlərin hüquqlarını Beynəlxalq Hüquq Müdafiəçiləri (IRAdvocates) qeyri-hökumət təşkilatı qoruyur. 

İttihama görə, İngiltərənin "Glencore" şirkəti Konqoda qanunsuz olaraq uşaq əməyindən istifadə edir və kobalt çıxarır. Məhsul əvvəlcə Bekçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən "Umicore" şirkətinə, oradan da nəhəng şirkətlərə çatdırılır./report/