Qarışqa yuvasından bu daşı tapıb varlana bilərsiniz - 300 min manat qiyməti var!

 11:15 20.12.2019     9573

Qarışqa qranatı dünyanın ən bahalı mineral daşı hesab edilir.

Redaktor.az xəbər verir ki, bu qiymətli mineralın kristallarını yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq mümkündür. Belə ki, qarışqalar yuva düzəldən zaman yerin altından 4-9 mm ölçüdə qranat daşları çıxarıb yuvalarının ətrafına düzürlər.

Tərkibində xromun miqdarı böyük olduğuna görə rəngi qan qırmızıdır. Hansı səbəbə görə qarışqaların bu daşları yerin altından çıxarıb yuvalarının ətrafına düzməsi illərdir ki, elm adamlarında maraq yaradır

Qarışqa qranatı minerallarını yalnız yağışdan sonra toplamaq mümkündür.

Qarışqa qranatı digər növlərdən gemolojik xüsusiyyətləri ilə fərqlənir. Möhkəmliyi — 7.25, sıxlığı isə — 3.8-dir. 

Qeyd edək ki, bu qiymətli daşın “qara bazar”da qiyməti 250-300 min manatdır.

Redaktor.az

22