Vanqanın 2020-ci il PROQNOZU: Dəhşətli sunami, güclü zəlzələ, Putinə sui-qəsd

 20:41 21.12.2019     2058

Qarşıdan 2020-ci il gəlir və dünyaca məşhur baxıcı Vanqanın bu illə bağlı nələr dediyi hamını maraqlandırır.

Redaktor.az xəbər verir ki, Rusiya mediası məşhur baxıcının 2020-ci illə bağlı verdiyi proqnozları yayıb.

2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bildirib ki, bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcək. Bu hadisə böyük itki və dağıntılara səbəb olacaq. Daha sonra isə Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləyir.

Vanqanun proqnozlarına inansaq, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu, AB-nin dağılmasının başlanğıcı olacaq.

Gələn il bütün dünyanı ciddi bir iqtisadi böhran bürüyəcək. Böhrandan ən uğurlu Rusiya çıxacaq. Vanqa Rusiyanın beynəlxalq aləmdəki mövqeyini gücləndirəcəyini və 2020-ci ildə hətta Moskva ilə Kiyev arasında çoxdan gözlənilən yaxınlaşmanın olacağını da proqnozlaşdırıb.