Almaniyadan gətirdiyi ağac ona sərvət qazandırır - Kilosunu 6 manatdan satır / FOTOLAR

 12:45 23.12.2019     9156

Almaniyada fəhlə kimi işləyən türkiyəli Ərdal Saydi bir anda varlanıb.

Redaktor.az xəbər verir ki, o, Almaniyadan aldığı pamidor ağacı olaraq bilinən “Tamarillo” meyvəsinin tingini Rizədəki bağçasında əkib.

Ərdal Saydinin 12 il öncə əkdiyi “Tamarillo” indi ona sərvət qazandırır. Fermer qısa zamanda böyük pamidor ağacı baxçası yaradıb:

“Bu meyvə Rizənin torpağını çox sevdi. Hazırda böyük satış bazarı var. Həm meyvəsini, həm də tingini satırıq”.

Qeyd edək ki, kilosu 6 manata olan “Tamarillo”nun sağlamlıq üçün bir çox faydaları var. Göz qapaqlarının altındakı qırışları yox edir, üz dərsini təravətli saxlayır. Bu baxımdan meyvənin alıcıları daha çox qadınlardır.

2222222