Telefon sifariş etdi, bitki çayı gətirdilər - FOTO

 01:25 27.12.2019     3228

Türkiyənin İzmir şəhərində maraqlı hadisə yaşanıb.  Belə ki, mobil telefon sifariş edən şəxsə bitki çayı göndərilib.

Redaktor.az xəbər verir ki,  Türkiyə vətəndaşı 53 yaşlı Hüseyin Gültəkin telefonuna gələn mesaja əsasən, endirimə düşən 3000 lirə (təxminən 860 AZN) məbləğində iki telefon sifariş edib, ona mobil telefon əvəzinə bitki çayı gətiriblər.

Aldadıldığı üçün məhkəməyə şikayət edəcəyini deyən H.Gültəkin insanları belə mesajlara aldanmamağa çağırıb. /unikal/