Google-da yeni funksiya meydana gəldi

 02:58 29.12.2019     9549

"Google Foto" tətbiqi daima yeni funksiyalarla inkişaf etdirilir.

Redaktor.az ted.az-a istinadən bildirir ki, tətbiqə daha bir yenilik əlavə olunub. Bu funksiya sayəsində videoda kadrları yaxınlaşdırıb baxmaq mümkün olacaq.

Qeyd edək ki, bu yenilik tətbiqin 4.33 versiyasına əlavə ediləcək.

"XDA Developers" şirkətinin redaktorları "Google Foto"nun gizli funksiyasını işə salmağı bacardıqlarını təsdiqləyiblər.

Bu funksiya ilə smartfonlar video çəkərkən daha məhsuldar və səmərəli olur. Şirkət nümayəndələri yaxın zamanlarda "Google Foto" tətbiqinin daha bir neçə yenilik təqdim edəcəyini bildiriblər.