İsmayıllı sakini su qızdırıcıdan kombi düzəltdi - VİDEO

 10:23 03.01.2020     2689

İsmayıllı rayonunun Topçu kənd sakini Vəliyev Əmrah evin qızdırılması üçün yeni üsula əl atıb. O, su qızdırıcıda dəyişiklik edərək evin isidilməsi üçün kombi düzəldib.

Redaktor.az xəbər verir ki, Əmrah Vəliyev deyir ki, su qızdırıcısını evində işlədəndə fikirləşib ki, bu cihazdan kombi də düzəltmək olar.

Əmrah Vəliyev fikirləşdiyi kimi lazım olan avadanlıqları alıb və evdə istilik sistemi düzəldib. Hazırda evini özünün düzəltdiyi sistemlə qızdırır.

Onun düzəltdiyi kombi həm ucuz başa gəlir, həm də qaza qənaət edir. Yanacaq 3 dəfəyə qədər az istifadə edilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən