Ölmüş qadın dəfn mərasimində dirildi - Ayağa qalxdı və...

 11:00 10.01.2020     6272

Hindistanın Karnataka ştatında həkimlərin öldüyü dediyi qadın dirilib.

Redaktor.az xəbər verir ki, 55 yaşlı Malati Çouqule xəstəxanaya yerləşdirilib. Həkimlər yüksək hərarəti olan qadının həyatını xilas edə bilməyiblər.

Qohumları qadını dəfn mərasimi üçün doğulduğu kəndə aparıb. Mərasim zamanı gözlənilməz hadisə baş verib. Belə ki, qadın oyanaraq, danışmağa başlayıb.

Yerli sakinlər ölmüş qadının dirilməsini möcüzə hesab ediblər.

Oral Mədənçi / Redaktor.az