Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək

 21:23 26.01.2020     1942

Polşalı velosipedçi və məşhur səyyah Yarek Kaptayn dünya turuna Cənubi Qafqazla davam edəcək.

Redaktor.az xəbər verir ki, səyyah yanvarın 30-dan fevralın 2-dək Poznan şəhərində keçiriləcək turizm festivalında indiyədək etdiyi səfərlər və qarşıdakı Cənubi Qafqaz turu barədə danışacaq.

Bu səfərin məqsədi Avropa və Asiyanın qovşağındakı möcüzəli yerləri polşalı turistlərə tanıtmaqdır.

Səyyah Cənubi Qafqaz turuna Kutaisidən başlayacaq və Bakıda tamamlayacaq. O, Azərbaycanda əsasən Xəzər dənizi ətrafı ilə hərəkət edəcək, həmçinin velosipedlə bir neçə yüksəkliyə qalxacaq. (Ölkə.az)