Ermənilərin qorxulu yuxusu olan azərbaycanlı polkovnik - FOTO

 15:22 27.01.2020     2258

Azərbaycanda Fevralın 9-u Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Redaktor.az-ın məlumatına görə, Mərkəzi Seçki Komisiyası (MSK ) tərəfindən qeydə alınmış namizədlər 19 yanvar tarixindən etibarən təbliğat-təşviqata başlayıblar. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə namizədlərin sayı çoxdur. - 1560 nəfər. Namizədlərin çoxluğuna baxmayaraq, ölkədəki çox nüfuzlu, millət vəkili olmağa layiq insanlar var ki, seçkiyə qatılmayıblar. Bunlardan biri də 1988-1989-cu illərdə Şuşa Rayon Polis İdarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, ehtiyyatda olan polkovnik Sadir Məmmədovdur. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Sadir Məmmədov YAP-ın seçki siyahısında yeR almayıb. Bu baxımdan təmsil olunduğu partiyanın qərarına hörmət əlaməti olaraq müstəqil namizdə kimi seçkilərə qatılmayıb.

Sadir Məmmədovu həyat yoluna birgə nəzər salmaq yerinə düşər. 

Sadir Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Qarabağı Kəngərli elatlarınadan olan Göytəpə kəndində anadan olub. Ali təhsili tarixçi və hüquqşünasdır. Polis orqanlarında uğurlu karyerasını qardaş Özbəkistanda başlamış, Moskvada SSRİ DİN-in Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Şuşa Rayon Milis Şöbəsinin rəisi, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətin Daxili İşlər idarəsinin rəis müavini, Ağdərə Rayon Polis Şöbəsinin ilk rəisi olub.

1992-ci ilin oktyabrında yaranmış vəziyyət polkovnik S.Məmmədovu yenidən Özbəkistan Respublikasında xidmətini davam etdirmək seçimi qarşısında qoyub. Əvvəl  Özbəkistan Respublikası DİN-nin Polis Akademiyasında baş müəllim, sonradan isə Özbəkistan Respublikası Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
Xalqın təkidi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə S.Məmmədov yenidən xidmətini Azərbaycanda davam etdirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəis müavini, Nəqliyyat Baş Polis İdarəsində Narkotiklərə qarşı mübarizə söbəsinin rəisi vəzifələrində çalışıb.

1988-1993-cü illər ermənilərə qarşı mübarizədə S.Məmmədovun xidmətlərindən bir neçəsini xatırlatmaq istərdik: polkovnik Sadir Məmmədov vilayət ərazisində 147 hərbi əməliyyatın keçirilməsində bilavasitə iştirak edib Şuşa rayonun 5 erməni kəndində pasport rejimi adı altında təşkil etdiyi tədbirdə Ermənistana məxsus Mİ-8 tipli helikopteri və içərisində 22 nəfər silahlı ermənini tutaraq istintaqa cəlb edib. Vilayətdə zaman-zaman azərbaycanlı polislərin sayı 69-a endiyi halda,

S.Məmmədov onların sayının 566 nəfərə çatdırılmasına və Dağlıq Qarabağın 24 kəndində polis bölməsinin yaradılmasına nail olub. Azərbaycanlı gənclərin vilayət polis şöbələrinə isə götürülməsində, Xocalıda polis şöbəsinin açılmasında onun əməyi danılmazdır.

1991-ci il may ayında keçirilən əməliyyatda yüzlərlə erməni ekstrimistlərinin tutulmasını və onlardan minlərlə silah-sursat aşkar edilməsinə nail olub. Bu cür faktları S.Məmmədovun xidmətində daha çox sadalamaq olar. Xankəndində, DQMV Daxili İşlər İdarəsinin rəis müavini işləyəndə ermənilər ona “zəhmli polkovnik” adı vermişdilər. O, Qarabağda hərbçi funksiyasını yerinə yetirən yüksək rütbəli polis zabiti olub. 

Daxili işlər orqanlarından yaş həddinə görə istefaya çıxan S.Məmmədov hazırda Bakı Slavyan Universitetində çalışır, ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiridir, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.
S. Məmmədov geniş erudisiyalı tarixçi və təcrübəli hüquqşünas kimi tələbə gənclərə vətənpərvərlik mövzusunda maraqlı mühazirələr oxuyur və elmi-metodik seminarlar təşkil edir. 

Qarabağ müharibəsinin ilk günlərindən əldə silah döyüş meydanına atılan S. Məmmədov silahı qələmlə əvəz edərək, erməni yalanlarının ifşa edən siyasi-publisistik hüquqi əsərlər yazıb. XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı haqqında böyük bir məqaləsi müxtəlif dillərə tərcümə olunaraq çap edilib. Onun “Xocalı soyqırımı” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım” adlı kitabları 12 xarici dilə  tərcümə olunaraq nəşr edilib. 

S.Məmmədov 50-dən çox elmi əsərin, 6 monoqrafiyanın müəllifidir. Onun Qarabağ probleminə həsr olunmuş elmi məqalələri Rusiya Federasiyasında, Qazaxstanda, Ukraynada, Polşada, Koreyada, Venesuelada ən nüfuzlu jurnallarda çap olunub.

Məhz S.Məmmədovun yüksək təşkilatçılığı sayəsində artıq on ilə yaxındır ki, onun rəhbərlik etdiyi ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsi tərəfindən Uluöndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq konfrans keçirilir.  Özü də maraqlı elmi məruzələrlə çıxış edir. “Azərbaycanşünaslığa giriş” dərs vəsaitinin həmmüəlliflərindən biridir.

Bu qeyrətli vətən oğlunun həyat yolu onlarla məqalənin, iki publisistik kitabın mövzusu olmuşdur. Dəyərli ədəbiyyatşünas, professor Rüstəm Kamalın “Tanı oğlunu, Vətən” və tanınmış şair və jurnalist Əbülfət Mədətoğlunun Qasım Qırxqızlı ilə birgə yazdığı “Zəhmli polkovnik” kitablarında polkovnikin portreti yaradılmışdır. 2016-cı ildə Respublika Veteranlar təşkilatının qərarı ilə general Səmədağa Mehmandarov adlı yubiley medalı ilə təltif olunub.