ABŞ-Meksika sərhədində TUNEL AŞKARLANDI: Lift, dəmir yolu və...

 15:30 30.01.2020     3058

ABŞ polisi Meksika ilə sərhəddə bu günə qədər tapılmış ən uzun qaçaqçılıq tuneli aşkarlayıb.

Redaktor.az xəbər verir, Meksikanın Tijuana şəhərindəki sənaye bölgəsindən başlayan tunel, ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinə qədər uzanır. Tunelin uzunluğu 1313 metrə bərabərdir.

Tunelin içində lift, dəmir yolu, havalandırma sistemi, yüksək voltlu elektrik naqilləri mövcuddur.

Yerin 21 metr dərinliyində, 170 sm hündürlükdə və 70 sm genişliyində olan tunelin nə zaman və kimlər tərəfindən qazıldığı bəlli deyil.

Güney / Redaktor.az