Londonda pendirsevərlər üçün otel açıldı - FOTO

 22:00 30.01.2020     3061

Londonda açılan yeni otel özünün dizaynı ilə fərqlənir.

Redaktor.az xəbər verir ki, burada otaqların divar kağızları, əşyalar, dekor və digər avadanlıqlar pendir rəngindədir. Hətta hamam otağında qoyulan sabun da pendir qoxusu verir.

Otel Londonun Kemden rayonunda açılıb. Hazırda burada iş test rejimi ilə həyata keçirilir.

Qonaqlara menyusunda müxtəlif növ pendir və pendir məhsulları ilə hazırlanan yeməklər təklif olunur.

Qeyd edək ki, aparılan statistikaya əsəsən, Böyük Britaniyada ildə 700 milyon ton pendir yeyilir.

2222