Milyarderin qızının nişanından FOTOLAR

 09:23 31.01.2020     3224

“Microsoft”un qurucusu, milyarder Bill Qeytsin 23 yaşlı qızı Cennifer sevgilisi Nael Nassar ilə nişanlanıb.

Redaktor.az məlumat verir ki, Nael bu təklifi sevgilisinə xizək sürməyə gedərkən edib.

Cennifer, barmağında nişan üzüyünün olduğu şəkilləri İnstaqramda paylaşaraq duyğularını bölüşüb:

“Nael sən həqiqətən də başqa birisən. Ötən bazar günü bizim üçün ən xoş olan məkanda məni təəccübləndirməyi bacardın. Mən ömrümün qalan hissəsini səninlə keçirmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, cütlük bir neçə il əvvəl xizək sürərkən tanış olmuşdu.