Misirdə rahiblərə aid 3 min illik məzarlıq TAPILDI

 11:48 01.02.2020     3172

Misirin paytaxtı Qahirə yaxınlığında rahiblərə aid olduğu deyilən 3 min illik məzarlıq tapılıb.

Redaktor.az xəbər verir ki, Misirin Qədim Əsərlər Nazirliyi məzardan daş və taxtadan hazırlanmış 20 qəbir aşkarlayıb.

Paytaxt Qahirədən 300 km aralıda yerləşən El Qoreyfa qədim yaşayış məntəqəsindəki qəbirlərin üzərində heroqlif işarələri var.

Tapılan qəbirlərin Şahin başlı, Göy Tanrısı olaraq qəbul edilən Thot rahiblərinə aid olduğu güman edilir.

3 min illik qəbirlərin daşdan olanlarında Nut tanrıçasına aid qanadlar çəkilib.

Güney / Redaktor.az