Maşın 5 metr hündürlükdə ağacdan asılı qalıb - VİDEO

 20:07 01.02.2020     3484

Türkiyənin İstanbul şəhərində qeyri-adi qəza hadisəsi qeydə alınıb. Belə ki, qadın sürücü maşını park edərkən aşırıb.

Redaktor.az-ın məlumatına görə, Serap G. və Seçil Y. adlı iki bacı Türkiyədə baş verən zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım etmək qərarına gəliblər. Onlar bununla əlaqədar mağazadan alış-veriş etdikdən sonra ərzaqları avtomobillərinə qoyub evlərinə doğru hərəkət ediblər.

Serap G. avtomobilini eivinin qarşısında park etmək istəyərkən qəza baş verib. Belə ki, qadın maşını park etmək üçün yol kənarına çəkmək istəyib. Bu vaxt idarəetmədən çıxan avtomobil yol kənərından aşaraq ağacla divarın arasında qalıb. Ağacın orda olması böyük xoşbəxtlik olub. Əgər belə olmasaydı avtomobil 5 metr hündürlükdən yerə çırpılacaqdı.

Maşının içərisində olan bacılar sakinlər tərəfindən çıxarılıb. Onların xəsarət almadığı bildirilir.

Qəzadan sonra oradan keçən insanlar isə avtomobilin qəribə vəziyyətdə aşmasından heyrətlərini gizlədə bilməyiblər.(Oxu.az)