Şahzadənin avtomobili hərraca çıxarılacaq - FOTOLAR

 22:00 04.02.2020     3954

Mərhum şahzadə Diananın avtomobili hərraca çıxarılacaq.

Redaktor.az xəbər verir ki, şahzadəyə 1994-cü ildə hədiyyə edilən “Audi 80” kabrioleti martın 28-də "Practical Classics Classic Car & Restoration Show" hərracında  satışa çıxarılacaq.

Təşkilatçılar avtomobili 35-40 min funt-sterlinqə (təxminən 77-88 min manat) satmaq istəyirlər.

Qeyd edək ki, avtomobil 2.3 litrlik mühərriklə təchiz olunub. 133 at gücünə sahib olan “Audi 80” cəmi 35 min km sürülüb.

222
Vumart və Güvən reklamı Vumart Güvən