17 ildir həyat yoldaşının meyiti ilə yatır - FOTOLAR

 12:30 11.02.2020     5146

2003-cü ildə həyat yoldaşı vəfat edən vyetnamlı Le Van adlı şəxs bunu qəbul edə bilməyib.

Redaktor.az bildirir ki, hətta o, həyat yoldaşının məzarı üstündə yatmağa başlayıb.

Lakin bir neçə ay sonra başlayan leysanlara görə bunu edə bilməyib. Elə buna görə də Van yerin altından tunel qazıb və hər gecə həyat yoldaşının tabutunu qucaqlayaraq yatmağa başlayıb.

Bundan xəbər tutan övladları atalarına qəbiristanlığa getməyi qadağan ediblər.

 Le Vana isə həyat yoldaşından ayrı yatmağa heç nə mane ola biləyib. O, ölmüş həyat yoldaşının meyitini qazıb çıxarıb və onu gips, sement və qumdan düzəltdiyi heykəlin içinə qoyub.

Artıq 17 ildir ki, Le Van ölmüş həyat yoldaşının meyiti ilə bir yataqda yatır. Övladları isə analarını yenidən basdırmaq istəyirlər.