70 yaşlı qadın qaçış yarışında birinci oldu

 21:55 15.02.2020     4447

Hindistanda Lara Baqvan Kare adlı qadın xəstə ərinin müalicəsi üçün lazım olan pulu qaçış yarışında qazanıb.

Redaktor.az xəbər verir ki, Maharaştra əyalətində yaşayan 70 yaşlı Lara Baqvan, xəstə ərinin müalicə pulu üçün qaçış yarışına qatılıb.

Lara Baqvan lazım olan 5 min rupini qatıldığı məhlələrarası yarışda birinci olmaqla qazanıb.

Güney / Redaktor.az