Qaqarinin avtomobilini alan olmadı

 19:19 16.02.2020     4508

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin 1961-ci ilin 14 aprelində kosmosdan qayıtdıqdan sonra gəzdiyi əfsanəvi ZİL-111V əfsanəvi avtomobilini alan tapılmayıb.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı hərrac Moskvada "Litfond"da keçirilib.

Avtomobilin ilkin qiyməti 2 900 000 rubl olub. Hərracda qeyd edilib ki, ZİL-111V heç vaxt rənglənməyib və onun bütün avadanlıqları saz vəziyyətdədir. Buna baxmayaraq avtomobili alan olmayıb. //Report.az