Dinozavrda xərçəng aşkarlandı - ARAŞDIRMA

 02:03 20.02.2020     4839

Hər il milyonlarla insanın ölümünə səbəb olan xərçəng xəstəliyinin dinozavrların dönəmində də olduğu aşkarlanıb.

Redaktor.az bildirir ki, Kanadada tapılan milyon illər yaşı olan dinozavr fosillərində bu gün insanlar arasında sürətlə yayılan sümük iliyi xərçəngi təsbit edilib.

İsrailli elm adamları 66 milyon yaşda olduğu hesab edilən "hadrosor" fosilinin sümüklərini incələyib. Onun onurğasında aşkarlanan şişin insanlarda da görülən "langerhans hüceyrə histiyositozu" olduğu aşkarlanıb.

Alimlər bildirib ki, ilk dəfədir onlar bu xəstəliyə fosillərdə rast gəliblər.