Skripka çalaraq beyin əməliyyatı olundu

 13:19 20.02.2020     5228

İngiltərədə beyin xərçəngindən əziyyət çəkən qadın skripkaçı əməliyyat zamanı skripka çalıb.

Redaktor.az xəbər verir ki, 53 yaşlı Daqmar Turner əməliyyatı zamanı skripka çalaraq həkimlərin onun başındakı xərçəng şişlərini təmizləməsinə kömək edib.

Turneri ətraf keyitmə üsulu ilə əməliyyata alan həkimlər, onun skripka çalarkən beyninin hansı hissələrini işlətdiyini öyrənib, xərçəng şişlərini təmizləyiblər.

10 yaşından bu işlə məşğul olan Turneri həkimlər əməliyyat zamanı da skripkasından ayırmayıblar.

Əməliyyat nəticəsində beyindəki şişlərin 90%-i təmizlənib.

Güney / Redaktor.az