Hollandiya 3 əsrlik tacı Efiopiyaya geri qaytardı

 01:01 21.02.2020     2986

XVIII əsrdə Epiopiyadan oğurlanan tarixi tacı Hollandiya hökuməti geri qaytarıb.

Redaktor.az xəbər verir ki, bu barədə Efiopiyanın Baş naziri Abiy Əhməd sosial media hesabında yazıb.

Dini mərasimlərdə istifadə edilən və efiopiyalılar üçün müqəddəs olan bu tacın Hollandiyada olduğu 1990-cı ildə bir efiopiyalı tərəfindən müəyyənləşdirilib.

Hollandiyanın xarici ticarət naziri Siqrit Kaan Tacı Efiopiyaya təslim edib.

XVIII əsrə aid tacın üzərində müxtəlif təsvirlər və xaç simvolu var.

Güney / Redaktor.az