Ev sahibi kirayəçinin 54 milyonunu zibilliyə atıb - Polis zibilxanaları axtarır...

 23:04 22.02.2020     5054

İrlandiyada bir narkotik alverçisinin narkotik satışından əldə etdiyi pullarla aldığı "Bitkoin"lər yoxa çıxıb. 

Redaktor.az xəbər verir ki, 2017-ci ildə 5 il həbs cəzası alan 49 yaşlı Klifton Kollinsin onlayın pullarının şifrələri yazılan kağız, kirayə qaldığı evin sahibi tərəfindən zibilliyə atılıb.

İrlandiya məhkəməsi Kollinsin əmlakının müsadirəsi ilə bağlı qərarı çıxarıb. Polis hazırda bütün vasitələrdən istifadə edərək, Kollinsin 54 milyon avrosunu nəğdləşdirməyə çalışır.

Güney / Redaktor.az